Kürdəmirdə avtomobil aşdı: sürücü xəsarət alıb – VİDEO

Qəzalar 14 Oktyabr 2019 08:57 Oxunub 1122
Kürdəmirdə avtomobil aşdı: sürücü xəsarət alıb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istindən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 42 km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı nəqliyyat vasitəsi Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəzada xəsarət alan sürücü, Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Məhəmməd oğlu müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh