Dəmiryolu stansiyalarından oğurluq edən şəxslər tutulub

Gündəm 14 Oktyabr 2019 11:36 Oxunub 920
Dəmiryolu stansiyalarından oğurluq edən şəxslər tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı araşdırmalar aparılır

Dəmir yolu stansiyalarında oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Astara dəmir yolu stansiyasında dayanmış teplovozdan 120 litr dizel yanacağı, Sabunçu dəmir yolu stansiyasının ərazisindən 100 metr elektrik naqili, Bakı Yük Stansiyasının ərazisindən isə rels altlığı oğurlamağa cəhd göstəriblər - Astara şəhər sakini S.Bayramov, Bakı şəhər sakinləri B.Məmmədov, M.Hacıyev və İ.İsmayılov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh