“Citroen” əks yola çıxaraq “Nissan”la toqquşdu: 2 ölü, 3 yaralı - VİDEO

Avtosfer TV 14 Oktyabr 2019 18:30 Oxunub 1320
“Citroen” əks yola çıxaraq “Nissan”la toqquşdu: 2 ölü, 3 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır

Rusiyanın Perm əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün Perm - Berezniki avtomagistralının 57-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, qadın sürücünün idarəetməsindən olan “Citroen” markalı minik maşını əks yola çıxaraq “Nissan” markalı minik avtomobili ilə toqquşub. Qəzanın şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Nəticədə, “Citroen”də 2 yaşlı uşaq, “Nissan”da isə 40 yaşlı qadın aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər, daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh