Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı qrupunun iclası keçirilir - FOTO

Gündəm 14 Oktyabr 2019 12:03 Oxunub 734
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı qrupunun iclası keçirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bakı sessiyası”na qədər keçirilən iclaslarda qəbul edilən qərarların müzakirəsinə həsr olunub

Cari ilin 14-15 oktyabr tarixlərində Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı qrupunun növbəti iclası Bakı şəhərində keçirilib. İclasda BNF-nin üzv ölkələrindən 100-ə yaxın nümayəndə iştirak edib. Sessiya gündəlikdə qoyulan məsələlər üzrə forumun qəbul etdiyi Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti və beynəlxalq avtomobil daşımalarının daha da inkişaf etdirilməsi üçün maraqlı layihələrin, o cümlədən BNF-nin “Çoxtərəfli kvota sistemi” çərçivəsində elektron məlumatların mübadiləsi, daşımaların liberallaşdırılmasına və intermodal daşımalara aid tələblərin qəbulu, praktikada müsbət nəticə verən platforma layihələrinin və Avropa yükdaşımaları bazarının təhqiqi və inkişafı perspektivləri mövzusuna, həmçinin “Bakı sessiyası”na qədər keçirilən iclaslarda qəbul edilən qərarların müzakirəsinə həsr olunub.


Xatırladaq ki, Beynəlxalq Nəqliyyat Forumunun 57 üzvü var. Azərbaycan Respublikası 1998-ci ilin may ayından Beynəlxalq Nəqliyyat Forumunun həqiqi üzvüdür.
Beynəlxalq Nəqliyyat Forumunun əsas məqsədləri foruma üzv ölkələrin beynəlxalq nəqliyyatının effektiv istifadəsi və səmərəli inkişafı üçün tədbirlərin müəyyən edilməsi, üzv ölkələrin milli orqanlarının beynəlxalq nəqliyyat sahəsindəki fəaliyyəti nəzərə alınmaqla beynəlxalq daşımalarla məşğul olan bütün iştirakçıların fəaliyyətinin əlaqələndirilməsi və gücləndirilməsidir.
2015-ci il 26 may tarixində Almaniyanın Leypsiq şəhərində keçirilmiş növbəti sammitdə üzv ölkələrin Beynəlxalq Nəqliyyat Forumunun təsis etdiyi “Çoxtərəfli icazə”lərlə beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtodaşıyıcılara (hüquqi şəxslərə və ya fərdi sahibkarlara), onların məsul şəxslərinə, eləcə də sürücülərinə münasibətdə vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyası qəbul edilib. Keyfiyyət Xartiyası avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən nəqliyyat vasitələrinin heyətlərinin iş və istirahət rejiminə riayət edilməsini, nəqliyyat müəssisələrinin məsul şəxslərinin və sürücülərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsini, həmçinin hüquqi və ya fiziki şəxslərin, onların məsul şəxslərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsini, eyni zamanda vahid tələblərin pozulmasına görə nəzarət və inzibati praktikanın tətbiq edilməsini nəzərdə tutur.
Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sferalarında, xüsusilə nəqliyyat sahəsində görülən işlər, Keyfiyyət Xartiyasının tələblərinin icra vəziyyəti və nəzərdə tutulan tədbirlər planı barədə görüş iştirakçılarına geniş məlumat verib.


Reqlamentə uyğun olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Keyfiyyət Xartiyasının tələblərinin icrasına dair son vəziyyətlə bağlı məruzə ilə çıxış edib.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2019-cu il avqust ayının 28-də “Avtomobil Nəqliyyatı haqqında” AR-nın Qanununda dəyişiklik edilməsinə dair imzaladığı mühüm fərman avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin həyata keçirilməsi zamanı icra mexanizminin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılmasına dair göstərişi özündə ehtiva edir. Məhz avtomobil nəqliyyatı sahəsində beynəlxalq təcrübənin tətbiqinə dair bu tarixi fərmanın imzalanması, dünyanın qabaqcıl avtomobil nəqliyyatçılarının ən böyük toplantısı və nəqliyyat siyasəti üzrə dialoq üçün qlobal platforması hesab olunan Beynəlxalq Nəqliyyat Forumunun illik “Bakı sessiyası” ərəfəsində Azərbaycanın əməkdaşlıqda beynəlxalq normaların tələblərinə əməl etdiyinə dair ən bariz nümunə oldu.
Sessiya öz işini iki gün davam etdirəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh