Göyçayda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb

Gündəm 14 Oktyabr 2019 12:11 Oxunub 541
Göyçayda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İ.Məlikov barəsində inzibati protokol tərtib edilib

Göyçayda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan Şəhadət kənd sakini R.Hacıyevdən müvafiq sənədləri olan “İJ-54” markalı tüfəng, 13 ədəd patron, 5 ədəd giliz, Göyçay şəhər sakini İ.Məlikovdan isə müvafiq sənədləri olan “Sent-Tite” markalı tüfəng, 10 ədəd patron, 1 ədəd giliz və 2 ədəd quş götürülüb.

R.Hacıyev və İ.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh