Abşeronda avtobusu yandıran keçmiş məhkum polisə təslim olub

Gündəm 14 Oktyabr 2019 13:40 Oxunub 665
Abşeronda avtobusu yandıran keçmiş məhkum polisə təslim olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Abşeronda avtobus yanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb. Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.

Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh