Bakıda universitet müəlliminin velosipedi oğurlanıb

Gündəm 14 Oktyabr 2019 17:23 Oxunub 759
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Axtarışlar davam etdirilir

Bakıda universitet müəlliminin velosipedi oğurlanıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu Z.Əhmədbəyov küçəsində qeydə alınıb. Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi, Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Yuriy Şirkova məxsus 800 manat dəyərində velosiped naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh