Şəhərin mərkəzində sürücünü döyüb maşından 6 milyon apardılar - VİDEO

Gündəm 15 Oktyabr 2019 14:25 Oxunub 973
Şəhərin mərkəzində sürücünü döyüb maşından 6 milyon apardılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis cinayətkarların axtarışlarına başlayıb

Rusiyanın paytaxtı Moskvada naməlum şəxslər sürücüyə hücum edərək avtomobildən külli miqdarda pul aparıblar. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 14-də Leninskiy prospekti, ev 81-in qarşısında baş verib. Göstərilən ünvanda, 6 silahlı naməlum şəxs, müəyyən olunmayan silahlarla sürücünü döyüb hədə-qorxu gələrək maşından 6 milyon rubl (159 min AZN) olan çantanı götürərək, gəldikləri 3 nəqliyyat vasitəsinə minərək qaçıblar. Bundan sonra zərərçəkən rayon üzrə polis şöbəsinə şikayətlə müraciət edib.

Polis cinayətkarların axtarışlarına başlayıb.

"RenTV" telekanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, quldurların soyğun zamanı istifadə etdikləri avtomobilləri Leninskiy prospektində tərk edilmiş vəziyytədə tapıblar.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh