Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Qəzalar 15 Oktyabr 2019 09:00 Oxunub 963
Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Noxudlu kəndi ərazisindən keçən Salyan-Şirvan avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Salyan şəhər Nazim Babayev küçəsində yaşayan, 1969-cu il təvəllüdlü Məlikov Aydın Əbülhəsən oğlu "Jiquli" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı A.Məlikov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh