Abşeronda iki maşın toqquşub, xəsarət alanlar var

Qəzalar 15 Oktyabr 2019 09:45 Oxunub 1009
Abşeronda iki maşın toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar

Abşeron rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində iki avtomobil toqquşub. Hadisə zamanı 1990-cı il təvəllüdlü Günel Cəfərova və 1991-ci il təvəllüdlü Elvin Qasımlı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. G.Cəfərovaya qaşın və alın nahiyəsinin çapılmış yarası, E.Qasımlıya isə budun çoxsaylı açıq sınığı diaqnozları qoyulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh