Bakıda avtomobili dirəyə çırpan xanım sürücünün qolu sınıb

Qəzalar 15 Oktyabr 2019 10:17 Oxunub 803
Bakıda avtomobili dirəyə çırpan xanım sürücünün qolu sınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır

Xəzər rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qala qəsəbəsində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Qədirova Ülviyyə Fəxrəddin qızı idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dirəyə çırpılıb. Hadisə zamanı Ü.Qədirova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona sol qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh