Abşeronda yük maşını minik avtomobili ilə toqquşdu: 2 nəfər yaralanıb

Qəzalar 15 Oktyabr 2019 10:25 Oxunub 1114
Abşeronda yük maşını minik avtomobili ilə toqquşdu: 2 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin təfərrüatı araşdırılır

Abşeronda 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər yaralanıb. Hadisə Saray qəsəbəsi ərazisində baş verib. Belə ki, "Qazel" markalı yük avtomobili ilə taksi fəaliyyəti göstərən "VAZ 2107" markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan sərnişinlər, 1990-cı il təvəllüdlü Cəfərova Günel Tofiq qızı və 1991-ci il təvəllüdlü Elvin Qasımlı xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. G.Cəfərovaya alın nahiyəsinin çapılmış yarası, E.Qasımlıya isə qapalı kəllə-beyin travması, budun sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh