Kürdəmirdə eşitmə qüsurlu şəxsi qatar vurub

Qəzalar 15 Oktyabr 2019 14:53 Oxunub 899
Kürdəmirdə eşitmə qüsurlu şəxsi qatar vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır

Bu gün saat 10:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sığırlı stansiyasında (Kürdəmir) xəsarətlə nəticələnən hadisə baş verib.

Avtosfer.az quruma istinadən xəbər verir ki, yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub.

Belə ki, maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin hadisənin qarşısını almaq mümkün olmayıb.

Elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub. Xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh