İmişlidə ağır qəzada bir nəfər öldü

Qəzalar 15 Oktyabr 2019 15:35 Oxunub 1125
İmişlidə ağır qəzada bir nəfər öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

İmişli rayonunun Xubyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 14-də saat 9 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində şəhər sakini R.Məmmədovun idarə etdiyi “VAZ-2106” və Kürdəmir rayon sakini Y.Dünyamalıyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobilləri toqquşub.

Nəticədə R.Məmmədovun sərnişini, kənd sakini Hafiz Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh