BNA “Baku Bus”un avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib

Gündəm 15 Oktyabr 2019 19:00 Oxunub 941
BNA “Baku Bus”un avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusa dəymiş ziyanın məbləği ilə bağlı isə araşdırma aparılır

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində, "Baku Bus" MMC-nin 6 saylı avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bununla bağlı "Report"a qurumun mətbuat katibi Mais Ağayev açıqlama verib.  Onun sözlərinə görə, avtobus hərəkətdə olarkən minik avtomobili arxadan ona sürtülüb. Hadisə nəticəsində nə avtobusda, nə də maşında olan şəxslərə ziyan dəyməyib. Avtobusa dəymiş ziyanın məbləği ilə bağlı isə araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh