Metro istifadəçilərinə ŞAD XƏBƏR - Yeni vaqonlar gəlir

Yeniliklər 15 Oktyabr 2019 20:27 Oxunub 1265
Metro istifadəçilərinə ŞAD XƏBƏR - Yeni vaqonlar gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yeni vaqonların alınmasının iki vacib şərti var"

"Bakı metrosuna yeni vaqonlar gətiriləcək". Avtosfer.az xəbər verir ki, bunu redaktor.az-a açıqlmasında "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, buistiqamətdə işlər aparılır: "Yeni vaqonların alınmasının iki vacib şərti var. Birinci şərt metropolitendə hazırda olan vaqonların istismar müddətinin başa çatması, ikinci vacib şərt yeni stansiyalar inşa olunduqca,vaqonlara olan tələbatın artmasıdır.Hazırda yeni vaqonların gətirilməsimövcud xətlərdə hərəkət edən və istismar müddəti başa çatmış vaqonlarla bağlıdır. Müasir tipli, kondisionerli, texnoloji yeniliklərə əhatələnən qatarlar gətiriləcək".

B.Məmmədov bildirib ki, yeni vaqonların alınması ilə bağlı sifariş ilin sonuna kimi veriləcək. Sifarişdən sonra daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Bakı metrosuna 2015-2018-ci illərdə 25, 2019-cu ildə isə 30 vaqon alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh