Yevlaxda inək yol qəzasına səbəb olub, xəsarət alan var

Qəzalar 15 Oktyabr 2019 20:55 Oxunub 1341
Yevlaxda inək yol qəzasına səbəb olub, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Aran qəsəbəsində qeydə alınıb.  Belə ki, "Jeep" markalı avtomobil qarşısına çıxan inəyi vurub. Arxadan gələn "VAZ 2107" markalı avtomobil isə yaralı vəziyyətdə olan heyvanı əzərək "Jeep"ə çarpılıb. Nəticədə VAZ-ın sərnişini, Samux rayon sakini, 1962-ci il təvəllüdlü Təranə Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh