Avtosfer.az-ın təqdim etdiyi müsabiqənin qalibi bəlli oldu

Maraqlı 16 Oktyabr 2019 11:04 Oxunub 1411
Avtosfer.az-ın təqdim etdiyi müsabiqənin qalibi bəlli oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yolayrıcının keçmə qaydaları ilə bağlıdır. Sual belədir:

"Gördüyünüz fotoda qırmızı və sarı avtomobil eyni vaxtda baş yola daxil olur. Qırmızı avtomobilin qarşısında yol ver nişanı, sarı avtomobilin qarşısında isə stop nişanı quraşdırılıb. Belə olan halda hansı avtomobil üstünlüyə malikdir"?

Sualın doğru cavabı belədir: Hər iki avtomobil ikinci dərəcəli yoldan baş yola daxil olur. Sürücülərin qarşısında qoyulmuş nişanlar, baş yolda hərəkət edən sürücülərə yol verməli olduğunu bildirir. Qırmızı avtomobilin qarşısında qoyulmuş 2.4 yol ver nişanı, sarı avtomobilin qarşısında qoyulmuş 2.5 stop nişanından heç bir üstünlüyü yoxdur. Stop nişanının fərqi odur ki, sürücü yolayrıcına daxil olmamışdan əvvəl dayanıb sonra hərəkətə başlamalıdır. Hər iki sürücü eyni əhəmiyyətli yolda olduğu üçün qırmızı avtomobilin sürücüsü Yol Hərəkəti Haqqında qanunun 77-ci maddəsinin III hissəsini əsas götürərək (Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir) sağdan yaxınlaşan sarı avtomobilin sürücüsünə yol verməlidir.
Sualın ilk düzgün və izahlı cavabını verən Miralıyev Emil adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh