Deputat polisi bellə döydü: 792 manat cərimələndi, vəzifəsindən də azad olundu

Avtosfer Foto 16 Oktyabr 2019 11:59 Oxunub 1446
Deputat polisi bellə döydü: 792 manat cərimələndi, vəzifəsindən də azad olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə bu ilin iyun ayında bayram zamanı baş verib

Rusiyanın Yakutiya əyalətində deputat polis əməkdaşını bellə döydüyünə görə vəzifəsindən kənarlaşdırılıb. Avtosfer.az xəbər verir ki, hadisə bu ilin iyun ayında “Isıax” milli bayramı zamanı baş verib. Bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşı bayram zamanı, sərxoş vəziyyətdə olan deputatın həyat yoldaşı ilə mübahisə edərək onu itələdiyini görüb və ondan bu hərəkətini dayandırmasını tələb edib. Bundan sonra deputat qaçaraq gizlənməyə çalışıb. Ancaq asayiş keşikçisinin arxasınca gəldiyini görən sərxoş deputat, beli götürərək polisə bir neçə dəfə zərbə endirib.

Bildirilir ki, məhkəmə deputatı günahkar sayaraq 30 min rubl (792 AZN) həcmində cərimə təyin edib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh