Xaçmazda maşın kanala düşüb, xəsarət alan var

Qəzalar 16 Oktyabr 2019 13:37 Oxunub 1010
Xaçmazda maşın kanala düşüb, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar aparılır

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsgərov Mais Məmmədəli oğlunun idarə etdiyi 90 UB 112 dövlət nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan M.Əsgərov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh