Bakıda səfirlik attaşesi avtomobil qəzasına düşüb

Qəzalar 16 Oktyabr 2019 14:20 Oxunub 861
Bakıda səfirlik attaşesi avtomobil qəzasına düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində V.Soltanov yüngül xəsarət alıb, hər iki avtomobilə ziyan dəyib

Bakıda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin attaşesi qəza törədib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində baş verib.

Belə ki, həmin küçədə Vadim Soltanovun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsi Mohammed Abasinin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Soltanov yüngül xəsarət alıb, hər iki avtomobilə ziyan dəyib.

Qeyd edək ki, “Mercedes” markalı avtomobil Səudiyyə Ərəbistanı səfirliyinə məxsusdur. Avtomobili idarə edən şəxs isə səfirliyin attaşesidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh