Zəvvarların olduğu avtobus buldozerlə toqquşub yandı: 36 ölü, 3 yaralı - FOTO + VİDEO

Qəzalar 17 Oktyabr 2019 08:28 Oxunub 2637
Zəvvarların olduğu avtobus buldozerlə toqquşub yandı: 36 ölü, 3 yaralı - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara aparılır

Səudiyyə Ərəbistanında zəvvarların olduğu avtobusun qəzaya uğraması nəticəsində 36 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında  Mədinənin əl-Akhal yaşayış məntəqəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Ərəbistan və Asiya vətəndaşlarının olduğu avtobus buldozerlə toqquşub. Qəzanın şiddətində avtobusda yanğın baş verib.

Bildirilir ki, avtobusda 39 nəfər olub. Yaralılar Əl-Hamnada yerləşən xəstəxanalara yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara aparılır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh