İmişlidə yük avtomobili abidəyə çırpılıb - FOTO

Qəzalar 17 Oktyabr 2019 10:18 Oxunub 859
İmişlidə yük avtomobili abidəyə çırpılıb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Horadiz avtomagistralının İmişli rayonunun Qaradonlu kəndindən keçən hissəsində Hacıqabul rayon sakini, 1977-ci il təvəllüdlü Cəbrayılov Ramil Cavanşir oğlunun idarə etdiyi qoşqulu “KamAZ” markalı 24 BD 085 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirərək yol kənarında yerləşən “Azad qadın” abidəsinə çırpılıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, abidəyə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh