Bakıda yol polisinin vurulması ilə bağlı araşdırmalara başlandı

Yol polisi 17 Oktyabr 2019 10:30 Oxunub 1074
Bakıda yol polisinin vurulması ilə bağlı araşdırmalara başlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxanaya yerləşdirilib

Bakıda yol polisini minik avtomobilinin vurması ilə bağlı araşdırmalara başlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İdarədən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yol polisinin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam etdirilir.

Xatırladaq ki, hadisə oktyabrın 16-da Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Rayon ərazisində xidmət aparan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı Qiyasov Aqşin Yaşar oğlu minik avtomobili ilə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh