Su-30 qırıcı təyyarəsi qəzaya uğradı - 2 pilot ölüb

Qəzalar 17 Oktyabr 2019 12:23 Oxunub 990
Su-30 qırıcı təyyarəsi qəzaya uğradı - 2 pilot ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb

Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün yerli vaxtla 14.46-da ölkənin Quariko ştatında qeydə alınıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qırıcı Quariko ştatında yerləşən Manuel Riosa aviabazasından havaya qalxıb və Ansoateqi ştatında olan Luis del Vale Qarsiya hərbi-hava bazasına uçmalı imiş.

Göyərtədə iki pilot olub, onların hər ikisi də dünyasını dəyişib.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh