Qadın sürücü iti vurmamaq üçün manevr etdi: başına gəlməyən qalmadı – FOTO

Avtosfer Foto 17 Oktyabr 2019 16:39 Oxunub 1413
Qadın sürücü iti vurmamaq üçün manevr etdi: başına gəlməyən qalmadı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada sürücü ilə bərabər sərnişini də xəsarət alıb

Türkiyənin Gümüşxana vilayətində it yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident ötən gün yerli vaxtla saat 19.00 radələrində Təkkə kəndi ərazisində baş verib.

Məlumata görə, Bayburt istiqamətində hərəkətdə olan Əsra Dəmirci (23) idarə etdiyi 29 AAD 371 qeydiyyat nömrə nişanlı avtomobil anidən qarşısına çıxan iti vurmamaq üçün manevr edib. İdarə etmədən çıxan avtomobil əvvəlcə yol kənarında park edilmiş 61 BT 948 qeydiyyat nömrə nişanlı avtobusa çırpılıb, sonra da 10 metr hündürlükdən bağçaya aşıb.

Nəticədə, qadın sürücü ilə birlikdə olan sərnişin Ülkü Ərsoy (22) xəsarətlər alıblar.

Yaralılar ambulanslarla Gümüşxana Dövlət Xəstəxanasına çatdırılaraq müalicəyə üçün palataya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilib.

 

Namiq Musayev

 

Köpekten kaçan otomobil duvardan aşağıya düştü: 2 yaralı

Köpekten kaçan otomobil duvardan aşağıya düştü: 2 yaralı

Köpekten kaçan otomobil duvardan aşağıya düştü: 2 yaralı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh