DYP əməkdaşları "Chevrolet-Niva"nı belə söndürüblər - FOTO + VİDEO

Yol polisi 17 Oktyabr 2019 16:02 Oxunub 1187
DYP əməkdaşları "Chevrolet-Niva"nı belə söndürüblər - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xəsarət alan olmayıb

Daşkəsən rayonunda DYP əməkdaşları yanan avtomobili söndürüblər. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a məlumat verilib.

Məlumata görə, oktyabrın 16-da rayon ərazisində E.Zeynalovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib. Sürücü dərhal hərəkəti dayandırıb.

Hadisə yerində xidmət aparan Daşkəsən Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğınsöndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar. Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Namiq

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh