Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub - FOTO

Qəzalar 18 Oktyabr 2019 08:33 Oxunub 1152
Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu "20 Yanvar" metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, "90-JM-358" dövlət nişanlı 18 saylı sərnişin avtobusu "90-AN-286" dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

Sərnişin avtobusunun məxsus olduğu şirkətdən "Report"a bildirilib ki, minik avtomobili dayanacaqdan çıxan avtobusa dəyib və nəqliyyat vasitələrinə yüngül ziyan vurulub.

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh