Bakıda gənc oğlan mübahisə zamanı bıçaqlanıb

Gündəm 18 Oktyabr 2019 08:56 Oxunub 676
Bakıda gənc oğlan mübahisə zamanı bıçaqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır

Bakının Binəqədi rayonunda blçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xutor qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Xəlilov Elgün Məhəbbət oğlu yaşadığı evin yaxınlığında bir neçə nəfərlə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı E.Xəlilov boynundan bıçaqlanıb. Yaralı dostlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Boynunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı cərrahi əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh