Bakıda kütləvi dava zamanı biri qadın olmaqla 3 nəfər xəsarət alıb

Gündəm 18 Oktyabr 2019 09:08 Oxunub 694
Bakıda kütləvi dava zamanı biri qadın olmaqla 3 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmaları aparılır

Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib. Belə ki, 3 nəfər naməlum şəxs xuliqanlıq zəminində paytaxt sakinləri - 1976-cı il təvəllüdlü İmaməliyeva Tahirə Məmməd qızı, 2000-ci il təvəllüdlü Ələkbərov Asim Vasif oğlu və 2000-ci il təvəllüdlü Cahangirov Mövlud Əhməd oğlunu döyüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən ilkin istintaq araşdırmaları aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh