TIR avtobusla toqquşdu: 20 yaralı - VİDEO

Avtosfer Foto 18 Oktyabr 2019 11:36 Oxunub 1323
TIR avtobusla toqquşdu: 20 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Hatay vilayətində TIR və avtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident səhər saatlarında D-817 avtomagistralında qeydə alınıb.

Məlumata görə, dəmir yüklü TIR əkin-biçin işçilərini daşıyan avtobusla toqquşub. Zərbənin gücündən avtobus yol kənarına aşıb, TIR-ın kabinə hissəsi isə deformasiyaya uğrayıb.

Nəticədə hər iki nəqliyyat vasitəsi olmaqla ümumilikdə 20 nəfər müxtəlif cür bədən xəsarətləri alıblar. Yaralılar ambulanslarla ərazidə yerləşən xəstəxanalara çatdırılıblar. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh