Bakı metrosunda qatarın qapıları açılmayıb, vaqonların işıqları sönüb

Gündəm 18 Oktyabr 2019 12:01 Oxunub 682
Bakı metrosunda qatarın qapıları açılmayıb, vaqonların işıqları sönüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb

Bu gün səhər saatlarında Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın bəzi vaqonlarında qapılar açılmayıb, həmçinin tuneldə qatarın işıqları sönüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.

Nəticədə həmin stansiyada düşə bilməyən sərnişinlər “Elmlər Akademiyası” stansiyasında düşərək geri qayıdıblar.

Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qapıların açılmamasının yeni vaqonların təhlükəsiz tələbləri ilə bağlı olduğunu qeyd edib: “Yeni vaqonlarda əgər sərnişin qapıları çox tutub saxlayırsa, bu həmin qapıların sonradan açılmaması ilə müşahidə edilir. Bu gün səhər saatlarında da elə bir hal baş verib. Bu səbəbdən də ola bilsin ki, bəzi sərnişinlər “İnşaatçılar” stansiyasında düşə bilməyib. Artıq qatar “Elmlər Akademiyası”na yola düşəndə maşinist sistemi yenidən qoşub. Bu zaman isə vaqonların işıqları ani olaraq sönüb. Amma sərnişinlər arasında elə bir narahatlıq yaranmayıb”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh