Oğuzda yol qəzası olub, xəsarət alan var

Qəzalar 18 Oktyabr 2019 14:06 Oxunub 973
Oğuzda yol qəzası olub, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a isitnadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon ərazisində baş verib. Belə ki, rayonun Padar kənd sakini, 1957-ci il təvəllüdlü İkram Mürvət oğlu Abdullayevin idarə etdiyi motosikletlə "Mercedes" markalı avtomobil toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 62 yaşlı İ.Abdullayev Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya sol baldır oynağının çıxığı, bazu başının sınığı və sifətin sıyrıqları diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh