Araz 150 minlik avtomobili ilə “avtoşluq” etdi - VİDEO

Gündəm 18 Oktyabr 2019 15:16 Oxunub 4811
Araz 150 minlik avtomobili ilə “avtoşluq” etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, 2013-cü ildə Nobel prospektində iki süpürgəçi qadını avtomobillə vurmuşdu. Onlardan biri dünyasını dəyişmişdi

“Qarabağ”ın hücumçusu Araz Abdullayev yenidən medianın diqqət mərkəzinə düşüb. Avtosfer.az xəbər verir ki, o, bu dəfə 10-BX-007 dövlət qeydiyyat nömrə nişanlı "Nissan GT-R” markalı avtomobili ilə “avtoşluq” etməklə gündəmə gəlib. Futbolçu yüksək sürətlə idarə etdiyi avtomobillə "şou" göstərərk çəkilən görüntüləri öz “İnstagram” hesabında paylaşıb.

Qeyd edək ki, Araz Abdullayev 2013-cü ildə Nobel prospektində iki süpürgəçi qadını avtomobillə vurmuşdu. Onlardan biri dünyasını dəyişmişdi.

Məlumat üçün bildirək ki, Abdullayevin yeni maşının qiyməti 150 min dollardan (255 min manat) başlayır. 720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir.  

 

Namiq Musayev

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh