"Yol Polisinə dəstək" qrupları yaradıldı: Könüllülərin köməyi effekt verəcək - RƏY

Yazarlar 18 Oktyabr 2019 17:23 Oxunub 2121
"Yol Polisinə dəstək" qrupları yaradıldı: Könüllülərin köməyi effekt verəcək - RƏY
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Məsələnin əsas mahiyyəti təbliğat işlərinin gücləndirilməsidir"

Ölkəmizdə “Yol polisinə dəstək” qrupları yaradılır. Qrupların yaradılması, ölkəmizdə təşəkkül tapmış könüllülər hərəkatının imkanlarının qiymətləndirilməsi, onların yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat-təşviqat xarakterli tədbirlərə cəlb edilməsi bu qəbildən olan tədbirlərdəndir. Təkcə paytaxt ərazisində deyil, ölkənin ayrı-ayrı bölğələrini də əhatə edən bu tədbirlərdən daha biri DİN BDYPİ-nin bilavasitə dəstəyi ilə Salyan rayon könüllülərinin təqdimatında baş tutub. Bu dəfə təbliğatçı qismində DYP əməkdaşları deyil, könüllülər çıxış edib. 

“Yol Polisinə dəstək” qrupları ilə bağlı fikirlərini Sherg.az-la bölüşən “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı qrupların yaradılması ideyasının müəllifi olduğunu deyib. Ekspert yol polisinə dəstək qruplarının yaradılmasının çox effektiv olacağını düşünür: “Yol polisinə dəstək qrupunun yaradılması nədən qaynaqlandı? Artıq Azərbaycanda könüllülər sistemi fəaliyyət göstərir. Məslən "ASAN könüllülər", Bakı Nəqliyyat Agentliyinin könüllüləri və.s qeydə edə bilərik. Biz də bu olanlardan həvəsləndik və düşündük ki, yol polislərinin də könüllüləri, dəstəkçiləri olsun. Layihəni hazırladıq və mən Bakı şəhər DYP-yə təqdim etdim. DYP rəhbərliyi də sağolsun ki, bu layihəni çox yaxşı qarşıladı və layihə təsdiqləndi. Artıq ilk addımlar da atılıb”. 

E. Muradlı layihənin çox faydalı olduğunu, bu aksiyanın digər rayon və bölgələrdə həyata keçirilməsinin mümkünlüyün diqqətə çatdırdı:

“Müxtəlif bölgələrdən olan gənclər də, bu, layihəyə meyillənsələr, yol polisi onları da dəstəkləyər. Ümumilikdə məsələnin əsas mahiyyəti təbliğat işlərinin gücləndirilməsidir. Təbliğat işlərinin həyata keçirilməsində cəmiyyətin də rolu olmalıdır. Çünki cənab Prezident özü dəflərlə çıxışında bildirib ki, dövlətin idarə edilməsində mütləq cəmiyyətin də rolu olmalıdır. İnsanları bu sahəyə cəlb etmək lazımdır. Biz də bunlardan nəticə çıxaraq belə bir layihəni həyata keçirdik. Ümid edirəm ki, layihənin faydası da böyük olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ziya 18 Oktyabr 2019 23:43
salam mende yol polisine destey komandasina qosulmag istiyirem nece edim