Körpüüstü reklamın yeni qiyməti AÇIQLANDI

Gündəm 18 Oktyabr 2019 17:37 Oxunub 800
Körpüüstü reklamın yeni qiyməti AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyevin fərmanı ilə qaydalara dəyişiklik edilib

Hər ay körpüüstü reklamın 1 kvadratmetri üçün haqq 7 manat olacaq. APA -nın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin 17 oktyabr tarixli fərmanı ilə “Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası”na müvafiq dəyişiklik edilib. Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində körpüustu reklam üçün aylıq haqqın məbləği reklam yayım zonalarından və reklamın effektivlik dərəcəsinin kateqoriyasından asılı olaraq müəyyənləşdirilmiş əmsallara uyğun hesablanacaq. Məsələn, Bakı şəhərində A zonasında birinci kateqoriya üzrə əmsal 5, bu zonada ikinci kateqoriya üzrə əmsal 4-dür. Beləliklə, Bakı şəhərində A zonasında 1 kateqoriya üzrə 1 kvadratmetr körpüüstü reklam 5*7=35 manat, ikinci kateqoriya üzrə körpüüstü reklam 5*4=20 manat olacaq.
Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə reklam yayım zonalarına görə əmsallar müəyyənləşib, reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərdə tutulmur. Beləliklə, Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə A zonasında əmsal 1-dir və 1 kvadratmetr körpüüstü reklama görə haqq 7 manat olacaq. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə V zonasında isə əmsal 0,8-dir və 1 kvadratmetr körpüüstü reklam 0,8*-7=5,6 manat müəyyənləşəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh