Avtosfer.az | Reklam
Azərbaycanda ŞOK hadisə - 3 aylıq körpənin barmaqlarını kəsdilər - VİDEO
Oxucu məktubları 19 Oktyabr 2019 01:19 261 dəfə oxunub
Azərbaycanda ŞOK hadisə - 3 aylıq körpənin barmaqlarını kəsdilər - VİDEO
Həkim uşağın biləyində venadaxili kateteri 7 gün sarğıdasaxlayıb

Azərbaycanda 3 aylıq körpənin barmaqlarını kəsdilər. Avtosfer.az xəbər verir ki, Goranboy rayon Kələk kənd sakini Xəzər Əliyevin oğlu Gəncə şəhəri pernetal mərkəzdə dünyaya gözlərini açıb.Həmin vaxt ailəyə uşağın tam sağlam olduğu bildirilib. Bir neçə gündən sonra körpənin sağ əlinin üstündən sistem köçürmək üçün tibbi vasitələrlə sıxılaraq bağlanıb. Xəzər Əliyev iddia edir ki, 7 gün uşağın biləyi sarğıda qaldığındanbarmaqları qaralıb.Ataövladını bu vəziyyətdə Bakıyagətirsədə həkimlər uşağın barmaqlarının amputasiya edilməsinin qaçınılmazolduğunu bildiriblər.

Xəzər Əliyev övladının bu duruma düşməsinə görə həkim Zülfüyyə Əsədova və tibb bacısı Bahar Yusibovanıittiham edir.

Uşağın babası Hamlet Əliyev deyir ki,3 aylıq körpə Nuranı bu vəziyyətdə gördükcə ürəyi sızlayır.

Gəncə şəhər Səhiyyə İdarəsindən məsələ ilə bağlı bildirdilər ki, artıq ailə bu şikayətlə prokurorluğa müraciət edib və məsələ həmin orqan tərəfindən araşdırılır. Eyni zamanda baş vermiş hadisə Gəncə şəhər Səhiyyə İdarəsinin Tibbi Şurasında da baxılır.

Hər iki araşdırma başa çatdıqdan sonra nəticəyə uyğun olaraq müvafiq tədbir görüləcək.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh