Ata 4 yaşlı oğlunu xilas etmək istəyərkən faciəvi şəkildə ölüb - VİDEO

Avtosfer TV 19 Oktyabr 2019 10:44 Oxunub 1057
Ata 4 yaşlı oğlunu xilas etmək istəyərkən faciəvi şəkildə ölüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən 3 maddə üzrə cinayət işi açılıb, araşdırma aparılır

Qazaxıstanda ata yola qaçan 4 yaşlı oğlunu qurtarmaq istəyərkən faciəvi şəkildə ölüb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 17-də Qızılorda şəhərinin Abaya Altınsarina küçəsində qeydə alınıb. Hadisənin görüntüləri avtobusun təhlükəsizlik kamerasına düşüb.

Kadrlarda, anidən yolun hərəkət hissəsinə bir uşağın qaçdığı, arxası ilə də bir şəxsin atıldığı görülür. O, uşağı qucağına alıb kənara çıxmaq istəyir, amma hərəkətdə olan avtobus kişi ilə oğlanı vurur. Zərbənin gücündən onlar asfalta dəyərək sürüklənir.

Polisin məlumatına görə, 30 yaşlı kişi hadisə yerində dünyasını dəyişib, 2015-ci il təvəllüdlü oğlan isə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilib ki, onlar ata və oğul olub.

Hüquq-mühafizə orqanları tərəfindən 3 maddə üzrə cinayət işi açılıb, araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh