Bir yaşlı körpə təyyarədə öldü

Gündəm 19 Oktyabr 2019 11:55 Oxunub 748
Bir yaşlı körpə təyyarədə öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpə qızın təyyarədə nəfəsi dayanıb

"Aeroflot" aviaşirkətinə məxsus, Phuketdən Moskvaya uçan təyyarə Kazanda məcburi eniş edib. Avtosfer.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, buna səbəb bir yaşlı qızın özünü pis hiss etməsi olub. "Komandir Kazanda təcili eniş etməyi qərara aldı. Təyyarəyə yaxınlaşan reanimasiya briqadasının səylərinə baxmayaraq, çox təəssüf ki, körpə keçindi", - şirkətin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Tatarıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, İsrail vətəndaşı olan bir yaşlı körpə qızın Şeremetyevo hava limanına enməsi planlaşdırılan Airbus A330 təyyarəsində nəfəsi dayanıb. Ona kömək edə bilməyiblər. Təyyarədə 274 sərnişin, o cümlədən 42 uşaq və 12 heyət üzvü olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh