Polislərə yeni cihaz paylanıb - cavabı müsbət olsa, Zığa getmək qaçılmazdır

Gündəm 19 Oktyabr 2019 12:08 Oxunub 13673
Polislərə yeni cihaz paylanıb - cavabı müsbət olsa, Zığa getmək qaçılmazdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hər-hansı sürücüyə qarşı şübhə yaranarsa, onlar məntəqəyə aparılırlar”

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iyun-avqust ayında saxlanılan 90 sürücüdən 34 nəfəri narkotik maddələrin təsiri altında olub. Bu, Gürcüstan qanunlarına görə, 3 il müddətinə azadlıqdan məhrumetmə deməkdir.

İyunun 1-dən etibarən Gürcüstanda narkotik maddələrin təsiri altında avtomobil idarə edilməsi cinayət tərkibi daşıyır. Polislər sürücüləri saxladıqları zaman xüsusi testlərlə müayinə edirlər. Bu cihazlar sürücülərin son bir neçə saat ərazində narkotik vasitədən istifadə edib-etməməsini müəyyən edə bilir. Yəni daha polislərin sürücüləri sidik analizi vermək üçün xüsusi laboratoriyalara aparmasına ehtiyac qalmır.

Xatırladaq ki, Gürcüstanda ötən il evlərdə marixuana çəkilməsinə icazə verilib. Bundan başqa, şəxslərin özlərinin istifadəsi üçün marixuana əldə etməsi və saxlaması cinayət tərkibi daşımır.

Azərbaycanda da bir müddətdir ki, yol polisi əməkdaşlarına narkotesterlər paylanılıb. Bu cihaz vasitəsilə polislər sürücünün narkotik maddə təsiri altında olub-olmadığını müəyyən edə biləcəklər.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, alkotesterlər uzun müddət idi ki, DYP əməkdaşlarına verilmişdi. Artıq narkotesterlərin də verilməsinə başlanılıb: "Belə hesab edirəm ki, Bakı şəhərində narkotesterlərə ehtiyac yoxdur.

Çünki müayinə məntəqələri var. Hər-hansı sürücüyə qarşı şübhə yaranarsa, onlar məntəqəyə aparılırlar. Zığda Narkoloji Dispanser, "Nizami" metrostansiyası yaxınlığında sürücülərin müayinə məntəqəsi var. Yəni sürücüləri bu müayinə məntəqələrinə aparmaq problem deyil".

E.Muradlı qeyd edib ki, narkotesterlər stasionar postlarda var. Bu narkotesterlər ağız suyu vasitəsilə test edə bilir. Eyni zamanda 6-7 müxtəlif narkotik vasitəni müəyyən edə bilən aparatlar da var: "Narkotik vasitədən istifadəni müəyyən etmək üçün mütləq qandan analiz götürülməlidir. Və bu Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq həyata keçirilməlidir. İlkin mərhələdə şübhə yaranırsa, müayinə olunur və sonra müayinə məntəqələrinə aparılır, sonra isə məhkəmələrə təqdim edilir".

Ekspert hesab edir ki, narkotik istifadəçisi olan sürücülərin cəzalandırılmasını alkoqol istifadəçisi olan sürücülərdən fərqləndirmək lazımdır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh