Avtobus minik maşını ilə toqquşdu: 22 yaşlı tələbə öldü - FOTO + VİDEO

Avtosfer TV 19 Oktyabr 2019 12:43 Oxunub 1419
Avtobus minik maşını ilə toqquşdu: 22 yaşlı tələbə öldü - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəzadan sonra avtomobili qoyub qaçan iki iranlı vətəndaş saxlayıb

Türkiyənin Sivas vilayətində sərnişin marşrutu və minik avtomobilinin iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün yerli saatla 21.30-da İsmət Yılmaz küçəsində qeydə alınıb.

Məlumata görə, Mustafa Başpınar idarə etdiyi 58 H 0067 qeydiyyat nömrə nişanlı marşrut avtobusu, sürücüsünün idarəetməsindən çıxan 58 MA 0095 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub. Zərbənin şiddətindən idarəetmədən çıxan avtobus səkinin üzərindən keçərək boş əraziyə aşıb.

Nəticədə avtobusda olan Cümhuriyyət Universitetinin tələbəsi, 22 yaşlı Əməl Duruduyğu aldığı xəsarətlərdən dünyasını dəyişib, marşrut sürücüsü Mustafa Başpınar isə yaralanıb.

Qəzadan sonra deformasiyaya uğrayan minik avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.

Avtomobilin qeydiyyat nömrə nişanını müəyyənləşdirən polis əməkdaşları qısa müddət ərzində 2 iranlı vətəndaşı saxlayıb. Polis qəzanın günahkarlarını aydınlaşdırmaq üçün araşdırmalara başlayıb.

Bildirilir ki, avtobusda sürücüdən və tələbə qız sərnişindən başqa heç kim olmayıb.

Hadisənin görüntüləri avtobusun daxili təhlükəsizlik kameralarına düşüb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh