Gömrük rüsumlarının artması avtomobil idxalına təsir edib? – AÇIQLAMA

Avtobazar 19 Oktyabr 2019 13:21 Oxunub 2455
Gömrük rüsumlarının artması avtomobil idxalına təsir edib? –  AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bazarı tutmaq olmur

  “Dövlət Gömrük Komitəsinin açıqladığı statistika ona əsas verir ki, son illər ard-arda olaraq gömrük rüsumlarındakı artımlara baxmayaraq idxal sürətlə davam edir. Buna səbəb tələbatın olmasıdır. Azərbaycanın avtomobil bazarı digər ölkələrdən xeyli fərqlənir. Çünki vətəndaşlarımız çox fərqli komplektasiyaya maraq göstərirlər”. Bunu  AzEuroNews.com–a açıqlamasında Polşada fəaliyyət göstərən “Severa Group”un rəhbəri Rəşad Quliyev deyib. 

Rəşad Quliyev

Rəşad Quliyev

Onun sözlərinə görə, bundan savayı ölkəyə indiyə qədər tanınmayan bir markadan bir neçə ədəd avtomobil idxal olunursa, qısa müddətdə maraq cəlb edir və bununla da park yenilənir: “Avtomobil satıcılarının sözü ilə desək “bazarı tutmaq olmur”. Bu günə qədər “Kia”nın tanınmış bir modeli satılırdısa, sabah tamam başqa bir komplektasiya ilə adı bazara məlum olmayan digər bir modeli daxil olur. Lakin artıq son bir ildə idxal olunan avtomobillərin mühərrik həcmi 1300 ilə 1600 cm3 arasında dəyişir. Təbii ki, buna da səbəb yüksək gömrük rüsumlarıdır. Çünki 1500 cm3 mühərrikli avtomobilin gömrük rüsumu 4000 AZN civarında olduğu halda 2200 cm3 mühərrikli avtomobilin gömrük rüsumu 11-12.000 AZN-dir. Bundan savayı 1500 cm3 ilə 1600 cm3 arasındakı kiçik fərqə baxmayaraq 1500 cm3-in gömrük rüsumu 4000 AZN, 1600 cm3-in isə 6000 AZN təşkil edir. Bu aksiz rüsumunun 1500 cm3-dən yuxarı mühərrikli avtomobillərə daha yüksək tətbiq edilməsinin nəticəsidir. İdxal əsasən Almaniyadan və qonşu ölkə olan Gürcüstandandır. Gürcüstana nisbətən Almaniyadan daha təmiz avtomobillər idxal edilir. Buna səbəb Almaniyada dizel mühərriklərinin istifadəsinə və istehsalına qoyulan qadağadır. Belə ki, artıq bu ildən etibarən Almaniyada “Avro 5” ekoloji standartına qədər cavab verən avtomobillərin bir neçə böyük şəhərlərdə istismarı qadağan edilib. Ümumiliyyətlə, yaxın illərdə dizel mühərrikli avtomobillərin Almaniyada həm istehsalı, həm də istismarı qadağan ediləcək. Bütünlükdə Avropa ekologiyanı qorumaq məqsədi ilə elektromobillərə sürətlə keçid edir. Gürcüstandan idxal olunan avtomobillər isə, məhz elə o ölkəyə reexport olan nəqliyyat vasitələridir. Amerikada suda batmış, əzilmiş, vuruq avtomobillər Gürcüstanın Kutaisi, Tbilisi şəhərlərində yerləşən peşəkar ustaların işlədiyi servislərdə tamamilə yenidən qurularaq (bəzi avtomobillər hətta ortadan calaq edilir- R.Q) digər ölkələrə satılır”.

R.Quliyevin sözlərinə görə, alıcılar Gürcüstan bazarına daha çox üz tuturlar: “Aldanmaq isə, qaçılmazdır. Düşünürəm ki, Almaniyanın istismardan çıxardığı tullantı avtomobillərin ölkəmizə kəskin şəkildə idxalının qarşısını almaq məqsədi ilə, ölkəyə idxal qanununda dəyişikliklər edilməli, 2005-ci il buraxılış ili 2009/2010 ilə, “Avro 4” isə, “Avro 5” ilə əvəz edilməlidir. Ekologiya isə başlıca amil olmalı və elektroavtomobillər tamamilə idxal rüsumundan azad olmalı, hibrid mühərrikli avtomobillər üçün isə, güzəştli gömrük idxal rüsumları tətbiq edilməlidir. Cənab prezidentin imzaladığı 5 illik dövlət proqramında bu kimi yeni işlərin görülməsi isə, istisna edilmir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh