Ağdamda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Qəzalar 20 Oktyabr 2019 12:03 Oxunub 792
Ağdamda yol qəzası olub, xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə İmamqulubəyli kəndində qeydə alınıb.

Belə ki, Ağdam rayon Quzanlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qurbanov Ceyhun Əşrəf oğlu idarə etdiyi “Niva” markalı avtomobili yol kənarındakı işıq dirəyinə, sonra ağaca çırpıb. Nəticədə sürücü Ceyhun Qurbanov və sərnişin, Bərdə rayon Cəyirli kənd sakini, 1980-ci il təvəllüdlü İbadov Mətləb Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Lakin hər ikisinin vəziyyəti ağır olduğundan təcili tibbi yardım maşını ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlər hər iki yaralıya döş qəfəsinin küt travması diaqnozu qoyublar, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh