Toya gedənlər qəzaya düşdü; yaralılar var - FOTO

Qəzalar 20 Oktyabr 2019 13:09 Oxunub 1067
Toya gedənlər qəzaya düşdü; yaralılar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ" markalı minik maşını ilə mikroavtobus toqquşub

Yevlaxda yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xaldan şosesində Hacıselli kəndi yaxınlığında baş verib. “VAZ 2107” markalı minik avtomobili sərnişin mikroavtobusu ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var.

***

Toy məclisinə gedənlər Yevlaxda qəzaya düşüb. “Qafqazinfo"nun məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun Hacıselli kəndindən keçən hissəsində baş verib. "VAZ" markalı minik maşını ilə mikroavtobusun toqquşması zamanı avtomobillərə ziyan dəyib. Sərnişinlərdən bir neçəsi isə həyacan keçirib və yüngül xəsarət alıblar. Məlumata görə, mikroavtobus sərnişinləri toy məclisinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

 



 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh