Tacirlərin olduğu avtobus çevrilərək yandı: azı 24 ölü, 16 yaralı - FOTO

Avtosfer Foto 20 Oktyabr 2019 19:24 Oxunub 2022
Tacirlərin olduğu avtobus çevrilərək yandı: azı 24 ölü, 16 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır

Konqo Demokratik Respublikasında avtobusun qəzaya uğraması nəticəsində azı 24 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident ölkənin qərbində Mbanza-Nqunqu şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə yerli “Actualite” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 100 tacirin olduğu avtobus dağ yolunda yoxuş aşağı enən zaman çevrilib və yanıb. Hadisənin dəqiq səbəbləri məlum deyil, ancaq ilkin ehtimallara görə, qəza avtobusun əyləcində yaranan nasazlıq səbəbindən baş verə bilər. Xəsarət alan 16 nəfərin şəxsiyyəti müəyyənləşdirilir. Onlar şəhər xəstəxanalarına yerləşdiriliblər.

Yaralıların dəqiq sayı açıqlanmır.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh