“26”lar kafesinin sahibinin oğlu niyə bıçaqlanıb? - Məhkəmə

Gündəm 20 Oktyabr 2019 22:33 Oxunub 1115
“26”lar kafesinin sahibinin oğlu niyə bıçaqlanıb? - Məhkəmə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onları bıçaqlayan da elə öz dostları imiş

Sökülən qalmaqallı "26-lar" kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, "26-lar" kafesinin sahibi, ali məktəbdə hüquq dərsi verən Ərəstun Qasımovun oğlu Əliyar Qasımov bıçaqlanıb. Uzun müddət ölkə gündəmini zəbt edən Əliyar Qasımovun adı bu dəfə ağır cinayətdə zərərçəkmiş keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Proses hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilir. Əldə etdiyimiz məlumata görə, iş üzrə zərərçəkmiş şəxs Əliyar Qasımov və dostudur.

Onların hər ikisi Tural Məmmədov tərəfindən bıçaqlanıb. Hadisəyə səbəb isə dost olan bu şəxslər arasında baş verən mübahisə olub. İlkin ehtimala görə isə mübahisəyə səbəb şəxslərdən birinin mobil telefonunda olan video görüntü olub. Hadisənin təfərrüatı barədə növbəti yazılarda daha ətraflı məlumat verəcəyik.

Həbs edilən Tural Məmmədov özünü qismən təqsirli bilir. Deyir ki, iki nəfəri bıçaqlaması özünü müdafiə məqsədi ilə olub. 

Məhkəmə araşdırması davam edir.

Bəs, bıçaqlanan Əliyar Qasımov kimdir?

Əliyar Qasımov ilk olaraq ölkə gündəminə iki lüks maşınları ilə gəldi. Qoşa “Gelandevagen”li Əliyar Qasımov Bakı küçələrində şütüyərkən qısa müddətdə sosial şəbəkələrin müzakirə mövzusuna çevrildi. Daha sonra isə Əliyar Qasımovun adı atası ilə birlikdə qalmaqallı "26-lar" kafesinin bağlanmasında hallandı. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun rəhbərliyi ilə Qasımovların sahibi olduğu kafe böyük qalmaqaldan sonra bağlandı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh