Narkotik çəkib maşın sürən şəxs həbs edildi - Maşını "Rent a car"-dan götürübmüş

Qaydalar 20 Oktyabr 2019 22:39 Oxunub 1641
Narkotik çəkib maşın sürən şəxs həbs edildi - Maşını "Rent a car"-dan götürübmüş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülük vəsiqəsi olmayan şəxs kirayə maşın götürərək narkotik daşıyırmış

Narkotik vasitənin təsiri altında sükan arxasına keçən şəxsin idarə etdiyi avtomobildə qurudulmuş marixuana aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Orxan Verdiyev “Rent a car”lardan birinə məxsus “Toyota Corolla” markalı avtomobili sürücülük vəsiqəsi olmadığı halda idarə edərkən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli hərəkətlər etdiyi üçün O.Verdiyev tibbi müayinəyə dəvət edilib və onun narkotik tərkibli vasitələrdən istifadə etdikdən sonra avtomobili idarə etdiyi müəyyən olunub.

Rayon Məhkəməsinin qərarı ilə O. Verdiyev 5 gün müddətinə inzibati qaydada həbs olunub. Eyni zamanda, idarə etdiyi “Toyota Corolla” markalı avtomobilə keçirilən baxış zamanı yük yerindən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Narkotik vasitənin avtomobilin sərnişini, Qaradağ rayonu Sahil qəsəbəsinin sakini Tərlan İmanova məxsus olduğu müəyyən edilib.

Bu şəxs narkotik vasitənin ona məxsus olduğunu, şəxsi istehlakı üçün saxladığını bildirib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh