Azərbaycanda ingilis dili müəllimi velosipeddən yıxıldı - Xəstəxanada öldü

Qaydalar 20 Oktyabr 2019 22:47 Oxunub 1280
Azərbaycanda ingilis dili müəllimi velosipeddən yıxıldı - Xəstəxanada öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərrahi əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb

Cəlilabadda velosipeddən yıxılan şəxs xəstəxanada vəfat edib. Avtosfer.az-ın "report"a istinadən məlumatına görə, hadisə bir neçə gün öncə Cəlilabad rayonunda baş verib. Belə ki, rayon sakini,1988-ci il təvəllüdlü Alışanov Rəşid Vəliməmməd oğlu velosipeddən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə paytaxt xəstəxanalarından birinə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Lakin R.Alışanov cərrahi əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, R.Alışanov ingilis dili müəllimi işləyib.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh