Qubada iki maşın toqquşub, xəsarət alanlar var

Qəzalar 20 Oktyabr 2019 22:56 Oxunub 878
Qubada iki maşın toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ 2107" markalı avtomobillə "Mercedes" toqquşub

Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Quba-Nügədi yolunda qeydə alınıb. Qubanın Amsar kənd sakini, 1990-cı il təvəllüdlü Quliyev Musa Ramazan oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə rayonun Pirvahid kənd sakini, 1952-ci il təvəllüdlü Allahverdiyev Eyyub Şahmurad oğluna məxsus "Mercedes" markalı maşın toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırm aparılır.

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh