Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırdı - CƏZA

Gündəm 20 Oktyabr 2019 23:12 Oxunub 1590
Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırdı - CƏZA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araz Abdullayev səfərə gedən heyətə daxil edilməyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Araz Abdullayevi Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfərə gedən heyətə daxil etməyib. E-huquq.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib. Azərbaycan millisinin üzvü barədə yekun qərarın necə olacağı hələlik bilinmir. Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh